İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaşinqtonda ŞOK TƏYİNAT: Lindsi Qremin kürsüsü ona həvalə olundu

576 14.07.2026 12:28 Dünya A A

Cənubi Karolina qubernatoru Henri Makmaster uzun illər bu ştatı təmsil etmiş senator Lindsi Qremin vəfatından sonra onun bacısı Darlin Qremi ABŞ Senatının müvəqqəti üzvü təyin edib.

Musavat.com xəbər verir ki, Qubernator Makmaster qərarı barədə danışarkən deyib:

“Lindsi bütün ömrü boyu kiçik bacısının qayğısına qalıb. Darlindən onun işini davam etdirməsini xahiş etmək mənim üçün böyük şərəfdir”.

64 yaşlı Darlin Qrem isə qardaşının hər zaman onun yanında olduğunu vurğulayaraq, indi onun missiyasını tamamlamaqla qardaşının xatirəsinə sadiq qalmaq istədiyini bildirib.

ABŞ prezidenti Donald Tramp da bir qədər əvvəl bu təyinatı dəstəkləyib.

Tramp bu addımı "bacısını çox sevən Lindsinin xatirəsinə gözəl bir ehtiram" adlandırıb.

Darlin Qrem yanvarın əvvəlinədək - qardaşının səlahiyyət müddəti başa çatana qədər senator vəzifəsini icra edəcək.

Paralel olaraq, Tramp növbəti tam 6 illik senatorluq müddəti üçün Respublikaçılar Partiyasından namizədləri müzakirə edir. Mənbələrin verdiyi məlumata görə, dövlət başçısı Cənubi Karolinadan olan konqresmen Rassel Frayın namizədliyini dəstəkləməyi nəzərdən keçirir.

Ağ Evdən verilən açıqlamada vurğulanıb ki, prezidentin rəsmi bəyanatına qədər gələcək namizədlə bağlı bütün xəbərlər sadəcə fərziyyədir. Frayın özü isə seçkilərdə iştirakı ilə bağlı müzakirələrdən imtina edərək, yalnız Lindsi Qremin onun yaxın dostu olduğunu və layiqli şəkildə anılmağa layiq olduğunu qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR