İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaşinqtondan açıqlama: Ukrayna danışıqları üzrə irəliləyiş var

559 22.12.2025 02:42 Siyasət A A

ABŞ hesab edir ki, Ukrayna nümayəndə heyətinin Vaşinqton və Avropa nümayəndələri ilə Floridada keçirilən danışıqları məhsuldar və konstruktiv olub.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi elçisi Stiven Vitkoff X-də yazıb: "Son üç gün ərzində Ukrayna nümayəndə heyəti Amerika və Avropa tərəfdaşları ilə bir sıra məhsuldar və konstruktiv danışıqlar aparıb".

Vitkoff  bildirib ki, son günlərdə keçirilən məsləhətləşmələr zamanı tərəflər münaqişənin həlli üçün növbəti addımların vaxtı və ardıcıllığını müzakirə etməyə diqqət yetiriblər: "Biz növbəti addımların vaxtı və ardıcıllığını müzakirə etməyə xüsusi diqqət yetirdik".

O qeyd edib ki, münaqişənin həlli təkcə hərbi əməliyyatlara son qoymamalı, həm də sabit gələcəyin əsasını təşkil etməlidir.

 

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR