Venesuela Hərbi Hava Qüvvələri 2025-ci ildə narkotik qaçaqmalçılığında iştirak edən 39 təyyarəni məhv edib.
Musavat.com xəbər verir ki, bunu Nikolas Maduro Venezolana de Televisión televiziya kanalında deyib.
![]()
Onun sözlərinə görə, bununla da narkotik qaçaqmalçılığına qarşı mübarizə qanununun qəbul edilməsindən bəri məhv edilən belə təyyarələrin ümumi sayı 430-a çatıb: "Silahlı qüvvələrimizi, ərazi müdafiə kompleksimizi və xüsusən də hava hücumundan müdafiə və hərbi aviasiyamızı təbrik etmək istəyirəm, çünki dünən (28 dekabr – red.) Apure ştatında bu il 31-ci narkotik qaçaqmalçılığı təyyarəsi vurulub".
O əlavə edib ki, 29 dekabrda Braziliya ilə sərhəd yaxınlığındakı Amazonas ştatında hərbi aviasiya səkkiz narkotik qaçaqmalçılığı təyyarəsini məhv edib və bununla da 2025-ci ildə təyyarələrin ümumi sayı 39-a çatıb.
Musavat.com






