İnsanlara hürriyət, millətlərə istiqlal!

Veysəl Rzayev bıçaqlanandan sonra - FOTO

1667 12.02.2026 03:54 İdman A A

"Kəpəz" rəhbərliyi Veysəl Rzayevə baş çəkib.

Milli.Az xəbər verir ki, Gəncə təmsilçisinin İdarə Heyətinin üzvü Fərman Əlizadə, infrastruktur rəhbəri Ruslan Məmmədov, baş məşqçi Azər Bağırov və komandanın kapitanı Əli Səmədov futbolçunu ziyarət ediblər.

Klub nümayəndələri Veysəlin səhhəti ilə yaxından maraqlanıb, ona mənəvi dəstək göstərərək tezliklə tam sağalmasını və yaşıl meydanlara qayıtmasını arzulayıblar.

Qeyd edək ki, fevralın 3-də 2001-ci il təvəllüdlü Məmmədov Nihad Əhliman oğlu aralarında yaranmış mübahisə zamanı 2002-ci il təvəllüdlü Rzayev Veysəl Mehman oğluna kəsici alətlə bir dəfə zərbə vurub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR