İnsanlara hürriyət, millətlərə istiqlal!

Vitse-spikerin köməkçisindən vətəndaşa qarşı DƏLƏDUZLUQ

1346 02.04.2026 12:27 Ölkə A A

Milli Məclis sədrinin müavini Ziyafət Əsgərovun köməkçisi Qalib Abbasov dələduzluqda ittiham olunur.

O, 2023-cü ildə öz yaxın dostu Əkrəm Hüseynovdan iş görmək adı ilə aldığı 45 min manat pulu mənimsəyib.

Zərərçəkmiş Ə.Hüseynov vitse-spikerin köməkçisindən 45 min manat pulunu hələ də ala bilmir.

Ə.Hüseynov Q.Abbasovun dələduzluq əməlləri ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirib.

Sayt Z.Əsgərovun köməkçisinin məsələyə münasibətini öyrənmək istəyib, lakin o, zənglərə cavab verməyib./Demokrat.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR