Musavat.com xəbər verir ki, maliyyə servisi Wise Avropa İqtisadi Zonasında yaşayış icazəsi və vətəndaşlığı olmayan Rusiya və Belarus vətəndaşlarının kartlarını bloklamağa başlayıb.
Şirkət həmin istifadəçilərə 2026-cı il yanvarın 30-dək tələb olunan sənədləri təqdim etməyi tapşırıb. Bu sənədlər AİZ ölkəsində yaşayış icazəsi, vətəndaşlıq və ya qanuni statusu təsdiq edən rəsmi məlumatlardan ibarət olmalıdır.
Wise qərarını 2025-ci ilin oktyabrında qəbul olunmuş Aİ-nin 19-cu sanksiya paketi ilə izah edib. Bundan əvvəl eyni addımı Revolut da atmışdı. Yeni qaydalar nəticəsində rusiyalı və belarusiyalı istifadəçilərin beynəlxalq ödəniş servislərinə çıxış imkanları daha da daralır və Aİ-də statusu olmayan şəxslərin tam bloklanma riski artır.
Musavat.com






