İnsanlara hürriyət, millətlərə istiqlal!

WUF 13 zamanı yollarda məhdudiyyət olacaqmı? RƏSMİ

1295 05.05.2026 11:27 Gündəm A A

“Yollarda məhdudlaşdırılma nəzərdə tutulmur. Tədbirin açılışı günü təhlükəsizlik məqsədilə qısamüddətli bağlanma ola bilər”.

Musavat.com xəbər verir ki, bunu Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin rəisi Namidan Piriyev Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) günlərində nəqliyyatın idarə olunması planına dair brifinqdə bildirib.

O qeyd edib ki, rayonlardan Bakıya gələn avtomobillər üçün məhdudiyyət olmayacaq:

“Xüsusi postların qurulması nəzərdə tutulmur. Rəsmi açılış günü paytaxtın cənub hissəsindən (Lökbatan) digər istiqamətlərə yönləndirmə ola bilər. Ümumi istifadədə olan hərəkət zolaqlarında hərəkət edən digər nəqliyyat vasitələrinin sürücülərinə cərimə tətbiq oluna bilər”.

Nigar Həsənli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR