İnsanlara hürriyət, millətlərə istiqlal!

WUF13-də iştirak üçün 182 ölkədən 40 000-dən çox şəxs qeydiyyatdan keçib

639 16.05.2026 12:51 Ölkə A A

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) hazırlıq çərçivəsində mühüm mərhələ qeydə alınıb. Bu günə olan məlumata görə, forumda iştirak üçün artıq 182 ölkədən 40 mindən çox şəxs qeydiyyatdan keçib.

Musavat.com xəbər verir ki, bu barədə forumun rəsmi məlumatında bildirilib. Qeyd olunub ki, belə geniş beynəlxalq maraq şəhərlərin daha təhlükəsiz, inklüziv və dayanıqlı inkişafı istiqamətində qlobal əməkdaşlığın gücləndiyini göstərir.

Forum çərçivəsində şəhər planlaşdırılması, dayanıqlı inkişaf, iqlim dəyişiklikləri ilə mübarizə və şəhərlərin gələcək inkişaf modelləri ilə bağlı müzakirələrin aparılması nəzərdə tutulur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR