İnsanlara hürriyət, millətlərə istiqlal!

Xaçmazda narkotikin təsiri altında avtomobil idarə edənlər həbs olunublar

507 09.02.2026 10:12 Kriminal A A

Xaçmazda yol polisi əməkdaşları narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü - Hikmət Əsədov və Nicat Qafarovu saxlayıblar.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, hər iki şəxs tibbi müayinəyə aparılıb və onların narkotik vasitənin təsiri altında olduqları müəyyən edilib. Məhkəmənin qərarı ilə H.Əsədov və N.Qafarov inzibati qaydada həbs olunublar.

Qeyd edək ki, ilin əvvəlindən polisin həyata keçirdiyi profilaktik tədbirlərlə Xaçmaz rayonu ərazisində narkotik vasitələrin təsiri altında avtomobil idarə edən 19 sürücü müəyyən edilib .

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR