İran İslam Respublikasının ali rəhbəri Müctəba Xameneinin hərbi müşaviri, general-mayor Səid Rəzayi ABŞ və onun regiondakı müttəfiqlərinə qarşı sərt xəbərdarlıq edib.
General Rəzayi bildirib ki, İranın milli təhlükəsizliyinə və suverenliyinə yönəlmiş istənilən təcavüz aktı cavabsız qalmayacaq. O, qeyd edib: "Düşmənə və onun cinayətkar əməllərinə şərik olan havadarlarına ən sərt şəkildə cavab veriləcək. Onlar törətdikləri bu hərəkətlərə görə ağır cəza ilə üzləşəcəklər və bu cəzadan heç bir yerə qaça bilməyəcəklər".
Musavat.com






