İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndidə III MDB Oyunlarının kamandan oxatma yarışlarına start verildi

548 02.10.2025 13:01 İdman A A

Azərbaycanın ev sahibliyi etdiyi III MDB oyunları çərçivəsində bu gün kamandan oxatma yarışları başlayıb.

Bu barədə Musavat.com-a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, yarışlar Xankəndi şəhər stadionunda təşkil olunub. Turnirdə 7 ölkədən 40 idmançı iştirak edir. Azərbaycan 3 oğlan və 3 qız olmaqla ümumilikdə 6 idmançı ilə təmsil olunur.

Yarışı şəhərin sakinləri, Qarabağ Universitetinin tələbələri, media nümayəndələri izləyir.

Qeyd edək ki, kamandan oxatma yarışına oktyabrın 5-də yekun vurulacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR