İnsanlara hürriyət, millətlərə istiqlal!

Ya Kuba çox tezliklə razılığa gələcək, ya da ABŞ etməli olduğunu edəcək - Tramp

1216 16.03.2026 11:55 Dünya A A

ABŞ hakimiyyəti ya Kuba ilə "çox tezliklə" razılığa gələcək, ya da Havana ilə bağlı "etməli olduqlarını edəcək".

Musavat.com xəbər verir ki, bu xəbərdarlığı ABŞ prezidenti Donald Tramp Florida ştatının Vest Palm Biç şəhərindən ABŞ paytaxtına gedən təyyarəsində jurnalistlərlə söhbətində səsləndirib: "Kuba da razılaşma istəyir və inanıram ki, biz ya çox tezliklə razılaşmaya çatacağıq, ya da etməli olduqlarımızı edəcəyik".

Qeyd edək ki, martın 14-də Havana ABŞ-la danışıqlara başladıqlarını elan edib. Danışıqların hansı səviyyədə, kiminlə aparıldığı açıqlanmayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR