İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaponiyadan Ukrayna ilə bağlı VACİB QƏRAR

461 31.12.2025 08:32 Dünya A A

Yaponiya Ukraynaya təxminən 47,7 milyon avro köçürüb.

Musavat.com "RBC-Ukraina"ya istinadən xəbər verir ki, bu, Təcili Bərpa Proqramının dördüncü mərhələsi çərçivəsində baş tutub.

Yaponiya həmçinin qrant yardımının növbəti mərhələsinə başlamağa razılıq verib.

Yaponiya tərəfindən ayrılan vəsait enerji və su təchizatı infrastrukturunun bərpasına, humanitar mina təmizləmə işlərinin aparılmasına və regionlarda ictimai infrastrukturun inkişafına yönəldiləcək. Bundan əlavə, onlar ictimai səhiyyə və təhlükəsizlik layihələrinin dəstəklənməsi, eləcə də təhsil xidmətlərinin göstərilməsi üçün istifadə olunacaq. Qeyd olunur ki, Yaponiya parlamenti artıq qrant layihələrinin davam etdirilməsini və Ukraynaya əlavə texniki dəstəyi təmin edəcək əlavə büdcəni təsdiqləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR