Musavat.com xəbər verir ki, Honq Konq Politexnik Universitetinin alimləri müəyyən ediblər ki, cəmi 30 dəqiqəlik yüngül fiziki məşq stressi nəzərəçarpacaq dərəcədə azaldır.
Tədqiqat nəticələri göstərib ki, prosesdə əsas rol adiponektin adlı hormonun payına düşür. Bu hormon yağ hüceyrələri tərəfindən ifraz olunur və onun təsiri APPL1 reseptorlarının mövcudluğundan asılıdır. Bu reseptorlar bütün məməlilərdə mövcud olduğu üçün mexanizm hər kəs üçün keçərlidir.
Musavat.com xəbər verir ki, alimlərin siçanlar üzərində apardığı təcrübələr zamanı reseptorlar bloklandıqda fiziki məşqin antidepressiv təsirinin tamamilə itdiyi müşahidə olunub. Bu, adiponektinin psixoloji vəziyyətə təsir edən əsas faktor olduğunu təsdiqləyir.
Məlumata görə, məşq zamanı ifraz olunan adiponektin beyinə çataraq sinir hüceyrələrini aktivləşdirir və insanın mənfi emosional vəziyyətdən daha tez çıxmasına şərait yaradır.
Araşdırmanın müəlliflərindən biri, Sonata Suk-yu Yau belə deyib: “Fiziki məşq depressiya simptomlarının dərhal azalması üçün ən əlçatan və ən ucuz vasitələrdən biridir”.
Musavat.com






