İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni 17 Pro Max “soldu” – alüminium korpusu rəng dəyişir: ALMAYIN! - FOTO

2262 15.10.2025 20:02 Texnologiya A A

“Apple”ın yeni “narıncı” rəngli “iPhone 17 Pro Max” modelləri gözlənilməz texnoloji problemlə üzləşib.

Musavat.com xəbər verir ki, istifadəçilər cihazın bir müddət sonra rənginin dəyişdiyini, narıncı tonun çəhrayı-qızılı (rose gold) çalara çevrildiyini bildirirlər.

“Reddit”də paylaşılan fotoşəkillərdən görünür ki, cihazın korpusu zamanla oksidləşmə prosesi nəticəsində rəngini itirib.

WhatsApp Image 2025-10-15 at 20.01.09 (1).jpeg (115 KB)

Ekspertlərin fikrincə, bu hal alüminium səthinin bərabər emal edilməməsi ilə bağlıdır. Belə ki, metalın üzərinə çəkilən qoruyucu anodlaşdırma təbəqəsi bəzən qeyri-bərabər olur və zədələndikdə metal açıq qalır, oksidləşmə sürətlənir. Nəticədə cihazın korpusu əvvəlki parlaqlığını və rəng dərinliyini itirir.

“Apple” şirkəti hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib, lakin sosial şəbəkələrdə istifadəçilər artıq rəng dəyişən “iPhone 17”ləri “ən bahalı rəngli metamorfoza” adlandırıblar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR