İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir

223 04.06.2026 23:44 Dünya A A

Hindistanın paytaxtı Yeni Delhi şəhərinin Malviya Nagar bölgəsindəki “Flourish Stay B&B” otelində baş verən yanğında 17 əcnəbi də daxil olmaqla ən azı 21 nəfər həlak olub, onlarla insan yaralanıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, həlak olanların arasında tibbi müalicə üçün Hindistana gələn üç Qırğızıstan vətəndaşı da var.

Yerli medianın məlumatına görə, oteldə qalan əcnəbilərin əksəriyyəti tibbi müalicə üçün və ya müalicə alan qohumlarına müşayiət etmək üçün Hindistana gəlib.

Ölkənin Xarici İşlər Nazirliyi dəqiqləşdirib ki, ölənlər arasında olan Qırğızıstan vətəndaşları eyni ailənin üzvləri olublar.

Yanğının səbəbi hələlik məlum deyil. İlkin məlumatlara görə, hadisə beşmərtəbəli binanın zirzəmisində yerləşən restoranda başlayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR