"Yeraltı" serialında daha bir ayrılıq yaşanıb.
Musavat.com xəbər verir ki, "Kaan" obrazına həyat verən aktyor Orhan Becerir 13-cü bölümdə ekran işi ilə vidalaşıb.
Qeyd edək ki, "Yeraltı" serialı son dövrlər Türkiyə istehsalı layihələr arasında diqqət çəkən ekran işlərindən biri hesab olunur. Layihənin əsas heyətində Devrim Özkan, Uraz Kaygılaroğlu və Deniz Can Aktaş kimi məşhur aktyorlar yer alır. Onların ifası və süjetin gərgin xətti serialın geniş auditoriya qazanmasına səbəb olub.
Könül
Musavat.com







