İnsanlara hürriyət, millətlərə istiqlal!

Yol qəzasında başından ağır xəsarət alan Sərxanın YENİ GÖRÜNTÜLƏRİ - VİDEO

938 17.01.2026 11:17 Hadisə A A

Ötən ay yol-nəqliyyat hadisəsi nəticəsində başından ağır xəsarət alan 10 yaşlı Sərxan müalicə aldığı xəstəxanadan evə buraxılıb.

Musavat.com bildirir ki, bununla bağlı bloqer Saleh Nəsirov sosial şəbəkə hesabında videogörüntülər yayıb.

Videoda Sərxanın xəstəxanadan çıxış anları əks olunub. Onu xəstəxananın qarşısında doğmaları, ailə üzvləri və dostları böyük sevinclə qarşılayıblar.

Xatırladaq ki, ötən ilin dekabr ayında Bakının Səbail rayonunda, Azərbaycan prospekti ilə Əhməd Cavad küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş vermişdi. Hadisə zamanı 10 yaşlı Sərxan səkidə olarkən yol kənarındakı məhəccər onun üzərinə aşmış və uşaq ciddi xəsarətlər almışdı.

Həmin an xidmətdə olan polis polkovnik-leytenantı Müşviq Gözəlov hadisəni görən kimi dərhal vəziyyətə müdaxilə edib. O, vaxt itirmədən uşağı xilas etməyə çalışıb, təcili tibbi yardımın gəlməsini gözləmədən Sərxanı xidməti avtomobillə Mərkəzi Klinik Xəstəxanasına çatdırıb. Nəticədə uşağın həyatını xilas etmək mümkün olub.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR