İnsanlara hürriyət, millətlərə istiqlal!

Yuliya Timoşenkonun zamin pulu tam ödənildi: azadlıq müqabilində şok rəqəm

1035 24.01.2026 02:41 Dünya A A

Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko üçün müəyyən edilən zamin pulu tam həcmdə ödənilib. Söhbət təxminən 800 min ABŞ dollarından gedir.

Musavat.com xəbər verir ki, Timoşenko Ali Radanın deputatlarına rüşvət verməkdə şübhəli bilinir. Bununla belə, “Batkivşçina” Partiyasının lideri ona qarşı irəli sürülən ittihamları təxribat, cinayət işinin materiallarını isə saxtalaşdırılmış adlandırıb.

İstintaq çərçivəsində keçirilən dindirilmə zamanı Timoşenko bildirib ki, Ukrayna “hakimiyyəti ələ keçirmiş dəstədən” azad olunmayınca ölkəni tərk etmək niyyətində deyil və xaricə qaçmaq planı yoxdur.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR