İnsanlara hürriyət, millətlərə istiqlal!

"Yuventus" türkiyəli futbolçunun müqavilə müddətini artıracaq

770 25.06.2025 22:29 İdman A A

İtaliya təmsilçisi "Yuventus" Türkiyə millisinin futbolçusu Kənan Yıldızla müqavilə müddətini artıracaq.

Milli.Az xəbər verir ki, bu barədə "La Gazetta della Sport" nəşri məlumat yayıb.

20 yaşlı hücumçunun yeni sözləşməsi 2030-cu ilə qədər nəzərdə tutulub. Müqavilə şərtlərinə əsasən onun maaşı 1,5 milyon avrodan 4 milyon avroya qədər yüksələcək.

Qeyd edək ki, ötən mövsüm "Yuventus"un heyətində 48 oyuna çıxan K.Yıldız 9 qol vurub və 7 assistə imza atıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR