İnsanlara hürriyət, millətlərə istiqlal!

Zakir Həsənov İtaliyanın Baş Qərargah rəisi ilə regional təhlükəsizliyi müzakirə edib

1458 24.07.2025 12:19 Hərbi xəbərlər A A

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkədə səfərdə olan İtaliya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Luçano Portolanonu qəbul edib.

Musavat.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Hərbi əməkdaşlığın mövcud vəziyyətini müsbət qiymətləndirən nazir Azərbaycan-İtaliya münasibətlərinin daha da genişləndirilməsinin digər sahələrdə olduğu kimi hərbi sahədə də xüsusi əhəmiyyətə malik olduğunu bildirib.

Qarşılıqlı səfərlərin əhəmiyyətini diqqətə çatdıran general L.Portolano ölkələr arasında hərbi əməkdaşlığın hər iki ölkə ordusunun inkişafına töhfə verəcəyini vurğulayıb.

İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançeskonun da iştirak etdiyi görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığa, həmçinin regional təhlükəsizliyə dair maraq doğuran məsələlər müzakirə olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR