Musavat.com xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski ABŞ nümayəndə heyətinin Rusiya səfərindən sonra verəcəyi məlumatın Kiyevin gələcək mövqeyinə birbaşa təsir edəcəyini bildirib.
“Ukrayna amerikalıların Rusiyada keçirdiyi görüşlərin nəticələrinə görə qərar verəcək. ABŞ nümayəndə heyəti məhz bizə hesabat vermək istəyir. Növbəti addımlar həmin siqnallardan asılı olacaq”. – deyə Zelenski vurğulayıb.
Dövlət başçısı həmçinin ABŞ prezidenti Donald Trampla görüşə tam hazır olduğunu bildirib: “Bütün siqnalları almağa hazıram. Tramp ilə görüşə də hazıram. Hər şey bugünkü danışıqlardan asılıdır”.
Musavat.com






