İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski hərəkətə keçdi - Müdafiə nazirinə TƏCİLİ TAPŞIRIQ VERDİ

1481 29.11.2025 17:55 Dünya A A

Ukrayna prezidenti Volodimir Zelenski müdafiə naziri Denis Şmıqala ölkənin yeni müdafiə planını hazırlamaq tapşırığı verib.

Musavat.com xəbər verir ki, bu barədə dövlət başçısının "Telegram" kanalında məlumat yayılıb.

Zelenskinin sözlərinə görə, döyüş əməliyyatlarının gedişi Ukraynanın müdafiə sənədlərinin yenilənməsini zəruri edir:

“Ukraynanın müdafiəsinə dair əsas sənədləri, o cümlədən dövlətimizin müdafiə planını dəyişməyin vaxtı çatıb. Döyüşlərin gedişi hansı sahələrin yenilənmiş prioritetlərə çevrilməli olduğunu göstərdi. Razılaşdıq ki, Denis dəyişikliklərlə bağlı detallı təkliflər hazırlayacaq və təsdiq üçün Nazirlər Kabinetinə təqdim edəcək”, - deyə Zelenski bildirib.

Prezident əlavə edib ki, müdafiə naziri Nikolayev və Xerson bölgələrinə səfərləri barədə də hesabat verib. Görüşdə həmçinin kritik infrastrukturun mühafizəsi və bu sahəyə resursların yönəldilməsi məsələləri müzakirə olunub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR