Rəsmi Kiyev “Oreşnik” silah sisteminin Belarus ərazisində konkret harada yerləşdiriləcəyindən xəbərdardır və bu məlumatlar artıq tərəfdaş ölkələrə ötürülür.
Musavat.com xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
“Ukrayna Belarus ərazisində “Oreşnik”in dəqiq harada yerləşdiriləcəyini bilir və bu barədə tərəfdaşlarımızı məlumatlandırırıq. Bu, bir çox ölkə üçün təhdiddir. “Oreşnik”i dronlarla vurmaq mümkün deyil. Rusiya bu silahla Ukraynaya zərbələr endirib, buna görə də biz onunla necə mübarizə aparmağı bilirik”, – deyə Zelenski vurğulayıb.
Musavat.com






