İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskinin seçkidə iştirak edib-etməməyi BU ŞƏRTLƏRƏ bağlı olacaq

498 18.12.2025 11:18 Dünya A A

Ukraynalı iş adamı İqor Kolomoyski məhkəmə zalında çıxışı zamanı Prezident Volodimir Zelenskinin növbəti prezident seçkilərində iştirak etməyəcəyini iddia edib. Kolomoyskinin sözlərinə görə, bunun əsas əlaməti Prezident Administrasiyasına yeni rəhbərin təyin olunmamasıdır. O hesab edir ki, bu vəziyyət Zelenskinin Andrey Yermakdan sonra postunu tərk etmək qərarı verdiyini göstərir. Bu iddia nə dərəcədə reallığa yaxındır?

Politoloq Qabil Hüseynli Musavat.com-a açıqlamasında deyib ki, ukraynalı iş adamı ehtimalını səsləndirib.

Bu ehtimalın nə dərəcədə reallığa çevrilməsinin mümkün olub-olmadığına gəlincə, Zelenskinin seçkilərdə prezidentliyə namizəd olub-olmaması Ukrayna müharibəsinin necə sonuclanmasından, eyni zamanda ABŞ-ın mövqeyindən xeyli dərəcədə asılı olacaq:

“Əvvəla hələ ki, Ukrayna hakimiyyəti seçkilərə getmək qərarı verməyib. İkincisi, belə bir qərarın o zaman verilməsi reallaşacaq ki, Zelenski ya özünün, ya da irəli sürəcəyi namizədin qalib gəlməsinə əmin olsun. Hələ ki, Zelenski qanunun hərbi vəziyyətdə Ukraynada seçkilər keçirməyi qadağan etdiyini əsas göstərərək seçkiyə getmir. Bu səbəbdən hazırda Zelenskinin namizəd olub-olmaması məsələsi praktik gündəmdə deyil. Hətta ABŞ prezidenti seçki keçirilməsinin vacibliyini tələb formasında bəyan etsə də Zelenski seçki qərarı verməyib. Amma bir müddət sonra belə bir qərarın qəbul edilməsi istisna deyil. Zelenskinin seçkidə namizədliyini irəli sürməməsi həm hüquqi, həm də siyasi baxımdan mümkündür”.

Politoloq hesab edir ki, daha çox ehtimal olunan müharibə bitdikdən və hərbi vəziyyət ləğv edildikdən sonra seçkilərin keçiriləcəyidir:

“Zelenski bir neçə dəfə bildirib ki, seçkilər yox, müharibənin qazanılması prioritetdir. O, açıq şəkildə “mütləq namizəd olacağam” da deməyib. Yəni gələcəkdə namizədlikdən imtina etməsi və öz komandasından başqa bir fiqurun namizədliyini irəli sürməsi mümkündür. Müharibənin nəticəsi Zelenskinin namizəd olub-olmayacağında həlledici amillərdən biri olacaq”.

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR