İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskiyə xəbərdarlıq: “Trampın diqqəti Ukraynaya yönəltməsi...”

547 16.06.2026 13:37 Dünya A A

“İranla müharibə bitdikdən sonra Ukraynaya diqqət yetirəcəyik”.

Bunu ABŞ prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronla görüşündə deyib.

Tramp, həmçinin, qeyd edib ki, bu yaxınlarda Rusiya və Ukrayna prezidentləri ilə telefonda danışıb. “Düşünürəm ki, bəlkə də nəsə edə bilərik. Düşünürəm ki, hər ikisi münaqişənin həllinə açıqdırlar. İndi İran məsələsi həll olunduğundan, biz buna diqqət yetirəcəyik”,- o əlavə edib.

İranla müharibənin bitməsi Ukrayna məsələsinə necə təsir göstərə bilər? ABŞ-nin diqqət artırması Ukrayna müharibəsinin ədalətli başa çatmasına gətirib çıxaracaqmı?

Elxan Şahinoğlu: “Heç bir dövlət bunu bizə qadağan edə bilməz”

Politoloq Elxan Şahinoğlu Musavat.com-a bildirib ki, əslində, ABŞ prezidentinin Ukrayna məsələsinə diqqət ayırması heç də münaqişənin uğurla həll olunacağı anlamına gəlmir: “Tam əksinə, Tramp prezidentliyinin ilk aylarında Ukraynanı Rusiyanın şərtlərini qəbul etməyə çağırırdı və Ukrayna prezidenti Zelenski və Avropa buna müqavimət göstərirdi. Sonra Trampın diqqəti İrana yönəldi və müharibə başladı. Ukrayna arxa plana keçdi.

Amma arxa plana keçdikdən sonra Ukraynanın Rusiyaya qarşı müqavimət gücü artdı, Avropa Ukraynaya hərbi dəstək verdi, Ukraynanın silah istehsalı genişləndirildi. Yəni, ABŞ-nin dəstəyinə heç Ukraynanın o qədər ehtiyacı qalmadı. İndi əgər Tramp Makrona deyirsə ki, İran məsələsi arxa plana keçir, bundan sonra Ukrayna ilə məşğul olacağam, əslində bunun nə Ukraynaya, nə də Avropaya xeyri olacaq. Trampın diqqəti Ukrayna müharibəsinə yönəltməsi Putinin maraqlarına xidmət edəcək. Əvvəllər də bu cür olub. Tramp yenə Putinin əleyhinə təkliflər verməyəcək, addımlar atmayacaq. Putinin isə istəyi bəllidir: Donbası tamamən ələ keçirmək. Trampın məsələyə Putinin xeyrinə olan şəkildə müdaxilə edib diqqət ayırmasını nə Zelenski istəyər, nə də Avropa”.

Onu da qeyd edək ki, Böyük Britaniyanın "The Telegraph" qəzetinin şərhçisi Çarlz Mur Trampın İrana qarşı yanaşmasının Ukrayna üçün narahatlıq siqnalı ola biləcəyini qeyd edib. O bildirib ki, "Müvəqqəti olaraq "sülh" adlandırılan bir vəziyyət bərpa olunduğu üçün prezident Tramp bunu digər böhranlarda da tətbiq etməyə çalışacaq. O, “oxşar bir "sülhü" Ukraynaya da gətirməyə cəhd edəcək və Rusiya bundan öz xeyrinə necə istifadə edəcəyini yaxşı biləcək", - deyə Mur xəbərdarlıq edib.

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR