İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəngəzur dəhlizi açıldıqdan sonra... - Siyavuş Novruzov

3025 21.06.2025 12:40 Ölkə A A

Milli Məclisin iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq  edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. 

Musavat.com-un məlumatına görə Komitə sədri Siyavuş Novruzov çıxış edərək bildirib ki, bu təşəbbüs yerində olan bir addımdır və bundan sonra Naxçıvanda idarəetmənin operativ şəkildə həyata keçirilməsi təmin olunacaq. Həmçinin sosial və digər sahələrdə mövcud olan problemlərin aradan qaldırılmasına imkan yaradacaq.

Naxçıvanla bağlı çox böyük sosial-iqtisadi layihənin olduğunu, böyük vəsait ayrıldığını qeyd edən S.Novruzov bu diqqətə görə ölkə Prezidentinə təşəkkür edib. Komitə sədri qeyd edib ki, Zəngəzur dəhlizi açıldıqdan sonra Mərkəzi Avropa ilə Asiya arasındakı yolun birbaşa Naxçıvandan keçməsi bölgəmiz üçün çox böyük perspektivlər vəd edir. Odur ki, təklif edilən dəyişiklərin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

E.Paşasoy,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR