İnsanlara hürriyət, millətlərə istiqlal!

10-a yaxın təyyarə İrəvana ENƏ BİLMƏDİ - Tiflisə GETDİ

974 03.12.2025 14:17 Region A A

Ermənistanın “Zvartnots” hava limanında güclü duman səbəbindən bir neçə sərnişin təyyarəsi eniş edə bilməyib. 

Musavat.com xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Hava limanının mətbuat katibi Lusine Moqrovyan bildirib ki, İrəvana uçan 3 aviaşirkətə məxsus təyyarə məcburi şəkildə Tiflis hava limanına enib, bir neçəsi isə hələ də havada dövrə vurur.

Söhbət Dubaydan (Fly Dubai), Moskvadan (“Shirak Avia”) və Abu-Dabidən (Air Arabia) gələn reyslərdən gedir.

Moqrovyanın sözlərinə görə, 10-a yaxın təyyarə “Zvartnots” üzərində havada gözləmə rejimində qalıb və eniş üçün şəraitin yaxşılaşmasını gözləyir.

Səhər saatlarından etibarən İrəvandan yalnız "Air France" aviaşirkətinə məxsus bir təyyarə havaya qalxa bilib, digər bütün reyslər hava şəraiti düzələnədək gözləmədə saxlanılır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR