İnsanlara hürriyət, millətlərə istiqlal!

2-ci "Balaəli" PEYDA OLDU - VİDEO

1044 14.02.2026 19:53 Şou-biznes A A

 

"Şirin" obrazı ilə tamaşaçıların rəğbətini qazanan aktyor Nicat Rəhimov sosial şəbəkədə etdiyi son paylaşımı ilə diqqət mərkəzinə düşüb.

Sənətçi ofisinə gələn şəxsləri meyxanaçı Balaəli və aktyor Azər Aydəmirə bənzədib. Sözügedən görüntü izləyicilər arasında maraq doğurub və qısa zamanda geniş müzakirələrə səbəb olub.

Paylaşıma yazılan şərhlərdə fikirlər birmənalı olmayıb. Bəzi izləyicilər Nicatın bənzətməsini yerində hesab edərək onunla razılaşdıqlarını bildiriblər. Digərləri isə bu fikirlə razılaşmayaraq, bənzərlik görmədiklərini qeyd ediblər.

Görüntü sosial mediada sürətlə yayılıb və istifadəçilər arasında müxtəlif reaksiyalarla qarşılanıb.

Milli.Az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR