İnsanlara hürriyət, millətlərə istiqlal!

30 ildən sonra ilk dəfə qar yağdı - FOTOLAR

1572 21.12.2025 17:59 Dünya A A

Səudiyyə Ərəbistanının səhralıq bölgələrində nadir və qeyri-adi hava şəraiti yaşanıb. Ölkənin şimal-qərb və mərkəzi hissələrində 30 ilin ən güclü qar yağışı müşahidə olunub.

Musavat.com xəbər verir ki, adətən isti və quraq iqlimi ilə tanınan bu bölgələrdə qarın düşməsi bir çox sakin üçün təəccüb doğurub.

Qeyri-adi hava şəraiti bəzi ərazilərdə yolların bağlanmasına səbəb olub, avtomobillərin hərəkətində xaos yaradıb.

Meteoroloqlar bildirirlər ki, belə ekstremal hava hadisələri Səudiyyə Ərəbistanında çox nadir hallarda baş verir və bu, regionun iqlimində dəyişikliklərin mümkün əlaməti kimi qiymətləndirilir. Sakinlər isə nadir qar mənzərələrinin fotosunu sosial şəbəkələrdə paylaşaraq bu qeyri-adi təbiət hadisəsini diqqətə çatdırıblar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR