İnsanlara hürriyət, millətlərə istiqlal!

40 milyon dollarlıq fiasko: “Melaniya” sənədli filmi ilk gündən çökdü

1010 30.01.2026 23:35 Şou-biznes A A

ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Trampın həyatından bəhs edən “Melaniya” sənədli filmi vizion günündə gözlənilməz uğursuzluqla qarşılaşıb.

Musavat.com xəbər verir ki, Amazon MGM Studios tərəfindən 40 milyon dollar büdcə ilə çəkilən film London kimi böyük şəhərlərdə keçirilən ilk seanslarda cəmi 3 bilet sata bilib.

Filmin istehsalçıları milyonlarla dollar xərcləyərək geniş reklam kampaniyası aparmasına baxmayaraq, tamaşaçıdan heç bir maraq görməyib. Kinoteatr salonları, demək olar ki, boş qalıb və bu nəticə sənədli filmin son illərin ən böyük kommersiya fiaskolarından birinə çevrilməsinə səbəb olub.

Sənədli filmin 2025-ci il Trampın prezidentlik andiçmə mərasimindən əvvəlki 20 günlük hazırlıq prosesini əhatə etdiyi bildirilirdi. Lakin nə böyük büdcə, nə də kütləvi tanıtım tamaşaçını salona cəlb etməyə yetib.

Könül

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR