İnsanlara hürriyət, millətlərə istiqlal!

"65 yaşımdan sonra toylara getməyəcəyəm" - Manaf Ağayev

1396 05.04.2026 20:51 Şou-biznes A A

Müğənni Manaf Ağayev 65 yaşdan sonra toy məclislərinə getməyəcəyini deyib. 

Sənətçi bu haqda "Qonaqcanlı" proqramında söz açıb.

60 yaşlı ifaçı bildirib ki, bu qərarı çoxdan verib:

"Əvvəlki toylar başqa idi. Onlardan aralanmaq istəmirdin. Səhnəyə çıxacağam, amma toylara getməyəcəyəm. Hər gün oturub toy olsun deməyəcəyəm. Deyirəm və edəcəyəm də... Hər şeyin bir vaxtı var. Vaxtında gedəndə gözəl olur". 

Qeyd edək ki, ifaçının bu il 61 yaşı olacaq. (Axşam.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR