İnsanlara hürriyət, millətlərə istiqlal!

Abakanda Stalinin heykəli: Xakasiyada qalmaqallı təşəbbüs gündəmdə

1976 26.11.2025 13:53 Region A A

Xakasiyanın paytaxtı Abakanda İosif Stalinin heykəlinin ucaldılması təşəbbüsü yenidən müzakirələrə səbəb olub.

Musavat.com xəbər verir ki, “Müharibə Uşaqları” adlı ümumrusiya təşkilatı şəhər administrasiyasına müraciət edərək Qələbə Parkında bu məqsədlə torpaq sahəsi ayrılmasını tələb edib.

Xakasiyanın başçısı Valentin Konovalov məsələ ilə bağlı açıq şəkildə dəstəyini ifadə edib:

“Stalinin heykəlinin ucaldılması təklifini məntiqli hesab edirəm. Biz öz tariximizə hörmətlə yanaşmalıyıq. Düşünürəm ki, Xakasiyanın əhalisinin böyük əksəriyyəti bunu dəstəkləyir. Amma Abakan administrasiyasının başqa mövqeyi varsa, gərək sakinlərimizin fikri soruşulsun”.

Bu məqsədlə o, Xakasiyanın İctimai Palatasına xalq səsverməsinin təşkili ilə bağlı təkliflər hazırlamağı tapşırıb.

Rusiya mediasının məlumatına görə, Abakanın meri Aleksey Lyomin heykəl üçün sahə ayrılması ilə bağlı əvvəl dəfələrlə müraciət alıb, lakin hər dəfə rədd cavabı verilib. Rədd edilmə səbəbi kimi isə “Stalinin tiran olması” göstərilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR