İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ 4 dövlətlə nüvə razılaşması üçün danışıqlara BAŞLADI

396 24.02.2026 10:49 Siyasət A A

ABŞ və Rusiya nümayəndə heyətləri dünən Cenevrədə yeni çoxtərəfli nüvə silahlarına nəzarət müqaviləsini müzakirə etmək üçün görüşüblər.

Musavat.com zəbər verir ki, məlumatı "Reuters" agentliyi Dövlət Departamentinin yüksək vəzifəli rəsmisinə istinadən yayıb:

"ABŞ bazar ertəsi günü Cenevrədə Rusiya nümayəndə heyəti ilə görüşdü və çərşənbə axşamı çoxtərəfli nüvə silahlarına nəzarət müqaviləsinin mümkün bağlanması ilə bağlı danışıqlar üçün Çin nümayəndə heyəti ilə görüşəcək".

Rəsmi şəxsin sözlərinə görə, ABŞ nümayəndələri fevralın 24-də Çin nümayəndə heyəti ilə görüşmək niyyətindədirlər.

Agentlik qeyd edib ki, ABŞ əvvəllər BMT Təhlükəsizlik Şurasının digər iki üzvü - Böyük Britaniya və Fransa ilə ikitərəfli danışıqları uğurla aparıb. O, müzakirələrin BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü səviyyəsinə qaldırılmasını "növbəti məntiqi addım" adlandırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR