ABŞ və Avstraliya hərbi-sənaye əməkdaşlığını dərinləşdirir və hipersəs qanadlı raketlərinin birgə istehsalı üzərində işləyir.
Musavat.com xəbər verir ki, bunu Pentaqonun rəhbəri Pit Heqset ABŞ Dövlət katibi Marko Rubio, Avstraliya Baş nazirinin müavini və müdafiə naziri Riçard Marles və Avstraliya xarici işlər naziri Penni Vonqla görüşdən əvvəl deyib: "Biz hipersəs qanadlı raketlərinin birgə istehsalı və birgə texniki xidməti, hava-hava raketlərinin birgə texniki xidməti və Mark 54 torpedaları da daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlıq proqramları üzərində işləyirik".
Hegset Avstraliyadakı bazalara toxunaraq deyib: "Biz Kvinslend və Şimal Ərazisindəki hava bazalarında infrastrukturu təkmilləşdiririk ki, Amerika bombardmançılarının əlavə rotasiyalı yerləşdirilməsinə imkan yaransın. Biz Darvindəki logistika və digər infrastrukturu təkmilləşdiririk ki, daha çox Amerika dəniz piyadasının rotasiyalı yerləşdirilməsinə və daha çox Osprey MV-22 təyyarəsinin əvvəlcədən yerləşdirilməsinə imkan yaradaq".
Musavat.com






