ABŞ Energetika Nazirliyi yanında Energetika İnformasiya Administrasiyası (EIA) 2027-ci ildə Azərbaycanda gündəlik neft hasilatı üzrə proqnozunu dəyişməz saxlayaraq 540 min barel səviyyəsində saxlayıb.
Musavat.com xəbər verir ki, bu barədə qurumun may ayı üzrə dərc olunmuş “Qısamüddətli Enerji Proqnozu” hesabatında qeyd olunub.
Sənədə əsasən, həm illik ifadədə, həm də rüblük dinamika üzrə qiymətləndirmələr aprel hesabatı ilə müqayisədə dəyişməz qalıb. Hesabatda vurğulanır ki, Azərbaycanın hasilat göstəriciləri qlobal enerji bazarındakı mövcud trendlərə uyğun şəkildə stabilliyini qoruyur.
EIA-nın proqnozlarına görə, 2026-cı ildə də ölkədə gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 540 min barel təşkil edəcək (əvvəlki proqnoz sabit qalıb).
Musavat.com






