İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ: “Azərbaycanla Qəzzaya əsgər göndərilməsi barədə danışıqlar pozitiv keçdi"

821 21.11.2025 14:22 Dünya A A

ABŞ BMT-dəki nümayəndəsi Mayk Uolts bildirib ki, Vaşinqton Qəzzaya stabilizasiya qüvvələrinin göndərilməsi ilə bağlı bir sıra ölkələrlə apardığı danışıqları yüksək qiymətləndirir.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, Azərbaycan da bu dövlətlər arasında yer alıb.

Uolts "Bloomberg" agentliyinin Sinqapurda keçirdiyi “Yeni İqtisadiyyat Forumu”nda çıxışı zamanı deyib:

“Bir çox ölkələr Qəzzaya əsgər göndərmək üçün BMT-nin təsdiqinə ehtiyac duyurdu. Azərbaycan, İndoneziya və digər dövlətlərlə çox pozitiv danışıqlar aparıldı".

Rəsmi Vaşinqton hesab edir ki, xarici qüvvələrin Qəzzaya yerləşdirilməsi regionda sülhün təmin edilməsi, insani yardımın fasiləsiz ötürülməsi, eləcə də təhlükəsizliyin bərpası üçün vacib addım ola bilər.

Hazırda tərəflər mümkün missiyanın formatını, hüquqi çərçivəsini və BMT mandatının məzmununu müzakirə edir.


Musavat.com
 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR