İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ BƏƏ-ni silahlandırır

843 20.03.2026 17:31 Dünya A A

ABŞ Yaxın Şərqdə gərginlik fonunda müttəfiqinə hərbi dəstəyi artırır.

Musavat.com xəbər verir ki, ABŞ Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 8 milyard dollar dəyərində silah paketinin çatdırılmasını sürətləndirəcək.

Bu barədə “The National” qəzetinə BƏƏ-nin ABŞ-dəki səfiri Yusif əl-Uteyba məlumat verib.

Onun sözlərinə görə, söhbət F-16 qırıcıları üçün raketlər, hava hücumundan müdafiə vasitələri və pilotsuz uçuş aparatlarına qarşı mübarizə sistemlərindən gedir.

“Biz ABŞ-yə bu paketə sürətli təsdiq verdiyi üçün təşəkkür edirik. Bu mühüm yeniləmələr BƏƏ-nin müdafiəsini həm indi, həm də gələcəkdə gücləndirəcək”, – deyə səfir bildirib.

Məlumata görə, Yaxın Şərqdə davam edən hərbi əməliyyatlar fonunda ABŞ Dövlət Departamenti silah tədarükünü Konqreslə tam razılaşdırma prosedurlarını sürətləndirərək həyata keçirməyə qərar verib.

Silah paketinə aşağıdakılar daxildir:

- THAAD hava hücumundan müdafiə sistemləri – 4,5 milyard dollar,

- kiçik ölçülü pilotsuz uçuş aparatları və avadanlıqlar – 2,1 milyard dollar,

- BƏƏ Hərbi Hava Qüvvələri üçün F-16 raketləri – 1,22 milyard dollar.

Qeyd olunur ki, bu addım ABŞ-nin regionda artan təhlükəsizlik risklərinə qarşı operativ reaksiya vermək niyyəti ilə bağlıdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR