Tehran nüvə silahı əldə etməyə cəhd edə bilər, lakin Vaşinqton buna icazə verməyəcək.
Musavat.com xəbər verir ki, bu mövqe ABŞ Milli Müdafiə Strategiyasının yeni versiyasında yer alıb. Pentaqon tərəfindən dərc olunmuş sənəddə deyilir: "Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp dəfələrlə İranın nüvə silahı əldə etməsinə icazə verilməyəcəyini açıq şəkildə bildirib. İran liderləri yenidən nüvə silahı əldə etməyə cəhd etmə ehtimalını açıq saxlayıblar."
Pentaqon həmçinin bildirir ki, Tehran "konstruktiv danışıqlardan imtina edir".
Rusiya isə sənəddə Şimali Atlantika Alyansının şərq cinahı üçün davamlı təhdid adlandırılıb: "Rusiya yaxın gələcəkdə NATO-nun şərq üzvləri üçün davamlı, lakin idarəolunan təhdid olaraq qalacaq".
Musavat.com






