İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan sensasion açıqlama: Ukrayna danışıqlarında irəliləyiş əldə olunub

691 22.12.2025 14:05 Dünya A A

ABŞ-ın vitse-prezidenti Cey Di Vens Ukrayna üzrə aparılan danışıqlarda əhəmiyyətli irəliləyiş əldə edildiyini bəyan edib.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, tərəflər arasında əsas problemlər artıq açıq müzakirə mərhələsinə çıxarılıb.

“Mən hesab edirəm ki, biz mühüm bir irəliləyişə nail olmuşuq. Bütün problemlər açıq şəkildə masaya qoyulub. Adətən mürəkkəb danışıqların əvvəlində tərəflər vəziyyəti bir qədər dolaşdırır, saxta mövzular arxasında gizlənir və kartlarını açmırlar. Bu, çətin danışıqlarda hər kəs üçün xarakterikdir”, – deyə ABŞ vitse-prezidenti bildirib.

Vens vurğulayıb ki, son bir neçə həftə ərzində həm ukraynalıların, həm də rusların hansı məsələlərin müzakirə mövzusu olmadığını, hansılarının isə danışıla biləcəyini real şəkildə anladıqları aydın görünür. Onun fikrincə, bu anlayış danışıqlar prosesinin irəliləməsi üçün mühüm zəmin yaradır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR