ABŞ Dövlət Departamenti Danimarkaya 3 milyard dollarlıq silah satışını təsdiqləyib.
Musavat.com olan Pentaqonun Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinin açıqlamasına istinadən xəbər verir ki, paketə İnteqrasiya olunmuş Döyüş Komandanlıq Sisteminin (IBCS) hava və raketdən müdafiə döyüş idarəetmə sistemi və əlaqəli logistika daxildir.
Məlumata görə, sistem artilleriya atəşinə qarşı müdafiə sistemləri, yüksək dəqiqlikli raketlər və digər öldürücü silahlar, sursatlar və pilotsuz uçuş aparatları ilə təchiz olunub.
Sənəddə vurğulanır ki, " NATO müttəfiqinə təklif olunan satış ABŞ-ın xarici siyasəti və milli təhlükəsizlik məqsədlərinə uyğun olacaq, döyüş qabiliyyətlərini artıracaq".
Amerika tərəfi hesab edir ki, Danimarkaya IBCS satışı onun "yerüstü orta və uzaqmənzilli hava hücumundan müdafiə sistemləri sahəsində" imkanlarını genişləndirəcək. Əsas podratçılar Lockheed Martin, RTX Corporation və Northrop Grumman şirkətləri olacaq.
Musavat.com






