İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dən Kubaya gözlənilməz TƏKLİF

580 08.05.2026 15:37 Siyasət A A

ABŞ administrasiyası prezident Donald Trampın sərt bəyanatlarına baxmayaraq, yaxın gələcəkdə Kubaya qarşı hərbi əməliyyatlar keçirməyi planlaşdırmır.

Musavat.com xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Mənbələr xəbərdarlıq edir ki, hərbi müdaxilə variantı hələ də gündəmdə qalsa da, ABŞ lideri hər an qərarını dəyişə bilər.

Hazırda Vaşinqton Havanaya on milyonlarla dollar dəyərində humanitar yardım, bütün kubalılar üçün iki illik pulsuz "Starlink" peyk interneti, həmçinin kənd təsərrüfatı və infrastruktur sahəsində dəstəyi nəzərdə tutan geniş paket təklif edib.

Lakin ekspertlər Kubanın bu təklifi qəbul edəcəyinə şübhə ilə yanaşırlar. Bildirilir ki, ABŞ-nin məqsədi adada hakimiyyəti devirmək deyil, dövlətin siyasi kursunu dəyişməkdir.

Bunun müqabilində isə Vaşinqton Havanadan konkret şərtlərin yerinə yetirilməsini tələb edir. Bu şərtlərə siyasi məhbusların azad edilməsi, siyasi və dini repressiyalara son qoyulması, habelə ABŞ-nin özəl sektoruna Kuba iqtisadiyyatına investisiya qoymaq imkanının yaradılması daxildir.

Qeyd edək ki, tərəflər arasında dialoq qapısı hələ də açıq qalır. Məlumata görə, aprelin 10-da ABŞ Dövlət Departamentinin yüksək səviyyəli rəsmiləri Ceremi Levin və Maykl Kozak Havanaya səfər ediblər. Bu, 2016-cı ildən bəri ABŞ hökumət nümayəndə heyətinin Kubaya ilk rəsmi səfəridir. Görüşün "peşəkar və dostluq mühitində" keçdiyi bildirilsə də, yekun nəticə əldə olunmayıb. Mənbələr Kuba rəhbərliyinin hətta məhdud islahatlara belə hazır olmasına şübhə ilə yanaşırlar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR