İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dən tarixi qərar – İranla bağlı əsas hərbi hədəflər açıqlandı

2141 03.03.2026 22:34 Dünya A A

ABŞ administrasiyası İran İslam Respublikasına qarşı elan edilən “Böyük hərbi əməliyyat”ın əsas hədəflərini açıqlayıb.

Musavat.com xəbər verir ki, Ağ Evin yaydığı rəsmi məlumatda əməliyyatın bir neçə strateji məqsəd daşıdığı bildirilib.

Bəyanata əsasən, plan İranın demilitarizasiyasını, ABŞ-nin gələcək mümkün hücumlardan qorunmasını, ayətulla rəhbərliyindəki rejimin zərərsizləşdirilməsini və İranın proksi qüvvələrinin təsirindən mülki əhalinin müdafiəsini nəzərdə tutur.

Açıqlamada vurğulanıb ki, əməliyyat ABŞ-nin milli təhlükəsizlik maraqları çərçivəsində həyata keçirilir.

 Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR