İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Dövlət Departamenti: “Sülhün açarı Rusiyanın əlindədir”

638 06.12.2025 13:17 Dünya A A

ABŞ və Ukrayna nümayəndə heyətlərinin danışıqlarından sonra ABŞ Dövlət Departamenti bəyan edib ki, münaqişənin gələcək siyasi həlli birbaşa Rusiyanın hazırkı mövqeyindən asılıdır.

Musavat.com xəbər verir ki, departamentin rəsmi açıqlamasında qeyd olunur:

“Hər iki tərəf razılaşdı ki, istənilən sazişə doğru real irəliləyiş yalnız Rusiyanın uzunmüddətli sülhə ciddi sadiqlik nümayiş etdirməyə hazır olmasından asılıdır. Buna deeskalasiya addımları və öldürülmələrin dayandırılması daxildir".

Açıqlama ABŞ və Ukrayna arasında baş tutmuş yüksək səviyyəli təmasların nəticəsi olaraq Dövlət Departamentinin rəsmi saytında dərc edilib.

Vaşinqton vurğulayır ki, tərəflər öz aralarında koordinasiyanı davam etdirəcək, lakin münaqişənin siyasi həlli üçün əsas qərarı Moskva verməlidir.


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR