ABŞ Rusiya bayrağı altında üzən "Marinera" tankerindən neftin boşaldılmasına başlayıb.
Musavat.com xəbər verir ki, məlumatı ABŞ prezidenti Donald Tramp "Fox News"a verdiyi müsahibədə açıqlayıb:
"Biz gəmini ələ keçirdik və hazırda nefti boşaldırıq".
O, tankerin ələ keçirilməsindən sonra Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı olub-olmadığı ilə bağlı suala cavab verməkdən imtina edib:
"Mən bu barədə danışmaq istəmirəm".
Bir jurnalist tankerin ələ keçirilməsi qərarının çətin alındığını bildirəndə Tramp cavab verib:
"Mən bunun çətin bir qərar olduğunu düşünmürdüm".
Musavat.com






