İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında patrul uçuşları keçirdi

472 16.02.2026 01:12 Dünya A A

ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında patrul fəaliyyətini gücləndirib.

Musavat.com xəbər verir ki, Flightradar24 platformasının məlumatına görə, ABŞ-a məxsus P-8A Poseidon tipli patrul təyyarələri Bəhreyndə yerləşən Şeyx İsa aviabazasından havaya qalxaraq bir neçə saat ərzində Hörmüz boğazı üzərində müşahidə uçuşları həyata keçirib.

Təyyarələr Fars və Oman körfəzləri arasında, təxminən 6–7 min metr yüksəklikdə patrul marşrutu üzrə hərəkət edib. Qeyd olunur ki, P-8A Poseidon təyyarələri, eləcə də uzaqmənzilli MQ-4C Triton pilotsuz aparatları bu regionda mütəmadi müşahidə missiyaları üçün istifadə olunur.

Eyni vaxtda Avropanın Yer müşahidə peyki Sentinel-2 ABŞ-ın USS Abraham Lincoln aviadaşıyıcısının Ərəb dənizindəki mövqeyini qeydə alıb. Peyk görüntülərinə əsasən, gəmi Oman körfəzində İran sahillərindən təxminən 700 kilometr aralıda və Oman sahillərindən 300 kilometr şərqdə yerləşir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR