Yaxın Şərqdə gərginlik pik həddə çatıb, Vaşinqtonda isə İranla bağlı taleyüklü qərarın an məsələsi olduğu bildirilir.
Musavat.com xəbər verir ki, Almaniyanın “Bild” nəşrinin yaydığı məlumata görə, ABŞ-nin İrana qarşı mümkün hərbi zərbəsi bazar ertəsi və ya çərşənbə axşamı reallaşa bilər.
Məlumatı sabiq Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı John Kiriakou açıqlayıb.
Onun sözlərinə görə, ABŞ hökumətində İran məsələsində ciddi fikir ayrılığı yaranıb və administrasiya daxilində iki düşərgə formalaşıb.
Zərbəni dəstəkləyənlər
İddiaya görə, dövlət katibi Marko Rubio, Pentaqon rəhbəri Pit Heqset və ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsi hərbi əməliyyatı dəstəkləyir. Onlar hesab edirlər ki, İranın regiondakı fəaliyyətinə qarşı sərt addım qaçılmazdır və gecikmə Vaşinqtonun mövqeyini zəiflədə bilər.
Əleyhdar mövqe
Digər tərəfdə isə vitse-prezident J. D. Vens və ABŞ kəşfiyyatının rəhbəri Tulsi Qabbard dayanır. Onlar hərbi zərbənin Yaxın Şərqdə genişmiqyaslı eskalasiyaya səbəb ola biləcəyini və bunun ABŞ üçün strateji risklər yaradacağını düşünürlər.
Musavat.com






