ABŞ prezidenti Donald Tramp Yaxın Şərqdəki silahlı münaqişəyə tezliklə son qoymaq niyyətində deyil; İrana qarşı əməliyyat ən azı bir neçə həftə davam edə bilər.
Musavat.com xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən məlumat yayıb. Mənbələrə görə, Amerika liderinin bəzi müşavirləri onu əməliyyatı dayandırmağa inandırmağa çalışırlar, lakin ABŞ prezidenti İrana və Tehranla müttəfiq qüvvələrə zərbələr endirməyə davam etmək niyyətindədir.
Qəzet vurğulayır ki, bu, prezidentin ABŞ ordusunun praktik olaraq ona verilən tapşırıqları yerinə yetirdiyinə dair rəsmi açıqlamaları ilə ziddiyyət təşkil edir. Pentaqon rəsmiləri hesab edirlər ki, münaqişə ən azı bir neçə həftə davam edəcək.
Qəzetin mənbələri qeyd edib ki, hərbi əməliyyata başlamaq qərarına gələn zaman prezident ABŞ ordusunun İran üzərində sürətli və qətiyyətli qələbə qazana biləcəyinə əmin idi. Amerika lideri 2025-ci ildə İranın nüvə obyektlərinə endirilən zərbələrdən, eləcə də Venesueladakı əməliyyatdan ilhamlanıb. Lakin qəzet xəbərdarlıq edir ki, İrana qarşı hərbi əməliyyatlar ABŞ-a həftəlik milyardlarla dollara başa gəlir, uzunmüddətli və daha genişmiqyaslı regional münaqişəyə çevrilə və bu da ABŞ iqtisadiyyatına mənfi təsir göstərməklə staqflyasiya təhlükəsi yarada bilər.
Musavat.com






