İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın İslamabaddan sonrakı mərhələ üçün danışıqlar planı yoxdur

726 11.04.2026 08:56 Siyasət A A

ABŞ prezidenti Donald Tramp İranla danışıqların növbəti mərhələsinin mümkünlüyü ilə bağlı suala birbaşa cavab verməyib.

Musavat.com xəbər verir ki, o,  İslamabadda başlaması planlaşdırılan danışıqlardan sonra İranla əlavə əlaqələrin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib: "Bilmirəm, bunu sizə deyə bilmərəm. Görək sabah nə olacaq. Onlar 47 ildir ki, digər prezidentlərlə danışırlar, biz isə çox danışmırıq".

Danışıqlar uğursuz olarsa, ABŞ-ın ehtiyat planının olub-olmadığı soruşulduqda, Tramp "ehtiyat plana ehtiyac yoxdur" cavabını verib. O, həmçinin İran silahlı qüvvələrinin darmadağın edildiyini və onların "çox az raket və istehsal gücü"  qaldığını iddia edib. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR