ABŞ prezidenti Donald Tramp Luiziana qubernatoru Ceff Lendrini ABŞ-ın Qrenlandiya üzrə xüsusi elçisi təyin edib.
Musavat.com xəbər verir ki, Tramp məlumatı özünün Truth Social hesabında açıqlayıb: "Luiziana ştatının əla qubernatoru Ceff Lendrini ABŞ-ın Qrenlandiya üzrə xüsusi elçisi təyin etdiyimi elan etməkdən məmnunam. Ceff Qrenlandiyanın milli təhlükəsizliyimiz üçün vacib olduğunu başa düşür və müttəfiqlərimizin, hətta bütün dünyanın təhlükəsizliyi və yaşaması üçün ölkəmizin maraqlarını qətiyyətlə müdafiə edəcək”.
Qeyd edək ki, Tramp Danimarkanın ərazisi sayılan Qrenlandiyanı ələ keçirmək niyyətindədir. O, hesbab edir ki, ada ABŞ-a tabe olmalıdır.
Musavat.com






